KİV: ABŞ və İsrail İranla bağlı yüksək səviyyəli məsləhətləşmələr keçirəcək

A- A A+

Gələn həftənin əvvəlində yüksək səviyyəli İsrail nümayəndə heyətinin Ağ Evə səfəri gözlənilir. Rəsmilərin ABŞ-də İranla bağlı məsləhətləşmələr aparacağı gözlənilir.

NUHÇIXAN-ın “Axios”a istinadən verdiyi xəbərə görə, bu, Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından sonra ABŞ-İsrail Strateji Məsləhət Qrupunun ilk görüşü olacaq.

Forum İranın nüvə proqramının müzakirəsi üçün vacibdir.

Görüşdə təkcə Qəzzadakı vəziyyəti deyil, həm də İsrail və Livan arasında mübahisəli sərhədlə bağlı danışıqların müzakirəsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: