Rusiya Ermənistanı dost ölkə hesab edir və ikitərəfli münasibətləri daha da inkişaf etdirmək niyyətindədir.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Ermənistanın baş naziri Nikol Paşinyanın bütün qurumlara rusiyalı həmkarları ilə əlaqələri bərpa etməyi tapşırması ilə bağlı mətbuatda yayılan xəbərləri belə şərh edib.
“Əslində, Rusiya ilə Ermənistan arasında münasibətlər kəsilməyib. Onları kəsmək olmaz. Ermənistan bizim üçün dost ölkədir. Bu, suveren dövlətdir, lakin bizim həm ikitərəfli, həm tarixi, həm də mədəni baxımdan, həm də Avrasiya İqtisadi Birliyi kimi mühüm inteqrasiya ittifaqında birgə iştirak etmək baxımından çoxlu ortaq cəhətlərimiz var. Ermənistan tərəfinin ikitərəfli münasibətlərimizin perspektivlərinə belə qarşılıqlı münasibəti, təbii ki, bizi daha çox razı salır və biz onları hər cür inkişaf etdirməyə hazırıq”, - Peskov deyib.