Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə erməni həmkarı Nikol Paşinyanla görüşüb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Gürcüstanın baş nazirinin ofisi məlumat yayıb.
Görüş zamanı baş nazirlər ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın vacibliyini, regionda sülhün və sabitliyin təmin edilməsində birgə səylərin rolunu vurğulayıblar.
Liderlər UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Gürcüstan və Ermənistan milli komandaları arasında keçiriləcək futbol matçına qatılacaqlar.
İlk səfər oyununda gürcülər erməniləri 3:0 hesabı ilə məğlub ediblər.