Peskov: Rusiya və ABŞ Ukraynada sülh nizamlanması yolu ilə irəliləməyə hazırdır

A- A A+

Rusiya və ABŞ-nin Ukraynada vəziyyətin sülh yolu ilə nizamlanması istiqamətində irəliləmək üçün həqiqətən də ümumi istək və hazırlığı var.

NUHÇIXAN Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Görünür, söhbət ölkələrin sülh nizamlanması yolu ilə irəliləmək istəyi və hazırlığından gedir. Burada həqiqətən də ümumi anlayış var", - Peskov ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı artıq sazişin konturlarının olduğu barədə bəyanatını şərh edib.

Onun sözlərinə görə, texniki məsələlərə gəlincə, onların bir qismi bu gün Ər-Riyadda (Səudiyyə Ərəbistanı) Rusiya və ABŞ nümayəndə heyətləri arasında müzakirə olunur.

D.Peskov əlavə edib ki, Ukrayna nizamlanması üzrə çox sayda müxtəlif aspektlərin işlənib hazırlanması lazımdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: