İstanbulda sosial şəbəkələrdə insanları qanunsuz aksiyaya çağıran 138 şübhəli saxlanılıb

A- A A+

İstanbulda Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra sosial media vasitəsilə insanları aksiyaya çağıran 138 şübhəli saxlanılıb.

NUHÇIXAN “Haber Global”a istinadən xəbər verir ki, polis 21-24 mart tarixləri arasında sosial şəbəkələrdə insanları küçəyə çağıraraq vətəndaşlarda qorxu və təşviş yaradan, nifrət və düşmənliyə sövq edənlərə qarşı fəaliyyətə başlayıb.

Əməliyyat tədbirləri zamanı martın 21-də üç şübhəli saxlanılıb. Onlar məhkəmənin qərarı ilə həbs olunublar.

Martın 22-də saxlanılan 58 şübhəlidən altısı ev dustaqlığına buraxılıb, ikisi isə həbs edilib. Digər şübhəlilər də şərti olaraq sərbəst buraxılıblar.

Martın 23-də beş şübhəli saxlanılıb. Onlardan biri həbs olunub.

Martın 24-də saxlanılan 72 şübhəli ilə bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: