Simonyan: Ermənistan və KTMT münasibətlərində heç nə dəyişməyəcək

A- A A+

Ermənistan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) münasibətlərində dəyişikliklər gözlənilmir.

NUHÇIXAN yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

"KTMT məsələsində nəyinsə dəyişəcəyini düşünmürəm. Münasibətlərdə nəyi yenidən nəzərdən keçirmək lazımdır? KTMT, ilk növbədə, özü mövcud olub-olmadığını anlamalıdır", - o, jurnalistlərə deyib.

A.Simonyan həmçinin qeyd edib ki, Ermənistan və Rusiya münasibətlərində heç nə dəyişməyib: "Bizim istiqaməti dəyişdiyimiz barədə qiymətləndirmələr həqiqətə uyğun deyil".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: