ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton yaxın günlərdə əlavə ticarət tarifləri elan edəcək.
NUHÇIXAN xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
"Yaxın bir neçə gün ərzində biz əlavə tariflər elan edəcəyik. Onlar avtomobillərə, eləcə də odun və yarımkeçiricilərə aid olacaq. Biz bütün yarımkeçirici istehsalı şirkətlərin geri qayıtmasını təmin edəcəyik. Onlar artıq geri qayıdırlar, baxmayaraq ki, biz bunu hələ etməmişik", - ABŞ lideri bildirib.