Lavrov bu gün Ər-Riyaddakı danışıqların aspektlərini açıqlayacaq

A- A A+

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün televiziyaya müsahibəsində bazar ertəsi Ər-Riyadda baş tutan Rusiya-ABŞ məsləhətləşmələrinin bəzi aspektləri barədə danışacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün teleqram kanalında yazıb.

"Sergey Lavrov sabah (bu gün - red.) “Birinci Kanal”a müsahibəsində müzakirələrin bəzi aspektləri barədə danışacaq", - diplomat qeyd edib.

Danışıqlar 12 saatdan çox davam edib. Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda başçılıq ediblər. Amerika nümayəndə heyətinin tərkibinə Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Endryu Pik, Dövlət Departamentinin Siyasət Planlaması üzrə direktoru Maykl Enton, həmçinin Ukrayna üzrə xüsusi nümayəndənin köməkçisi Keyt Kelloq və milli təhlükəsizlik müşaviri Mayk Uolts daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: