Cənubi Koreyanın “Korean Air” aviaşirkəti 50-yə qədər təyyarə almaq üçün Amerikanın “Boeing” və “GE Aerospace” şirkətləri ilə ümumilikdə təxminən 32 milyard dollar dəyərində müqavilə imzalayıb.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə ABŞ Ticarət Nazirliyinin bazar ertəsi yaydığı məlumatda deyilir.
“Müqavilə “Korean Air”in “GE Aerospace” mühərrikləri ilə təchiz edilmiş 50-yə qədər “Boeing” istehsalı olan geniş gövdəli təyyarə almasını nəzərdə tutur”, - sənəddə deyilir. Qeyd olunur ki, sazişin imzalanması ötən həftənin cümə günü baş tutub.
"Prezident Donald Tramp və mən Amerika istehsalı üçün yeni eranın başlamasına sadiqik və bugünkü elan Amerika istehsalının və innovasiyasının qlobal şəkildə tanınmasını açıq şəkildə nümayiş etdirir", - ticarət naziri Hovard Lutnik bildirib.
"Boeing” və “GE Aerospace” kimi sənaye liderlərindəki ixtisaslı işçi qüvvəmiz Amerikanın misilsiz sənaye gücünü və texnoloji üstünlüyünü təmsil edir. Ticarət Nazirliyi bu səyləri dəstəkləməyə davam edir və bu, ölkəmizin iqtisadi bərpasına təkan verəcək", - o deyib.