Dövlət Departamenti: Rusiya və Ukrayna münaqişənin həllinə yaxındır

A- A A+

Hazırda tərəflər Qara dəniz məsələsi də daxil olmaqla Rusiya-Ukrayna münaqişəsinin həllinə yaxındırlar və bundan sonra gələcək mövzuların müzakirəsinə başlaya biləcəklər.

NUHÇIXAN-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.

"Biz buna yaxınıq, heç vaxt tam atəşkəsə indi olduğumuz qədər yaxın olmamışıq", - Temmi Bryus deyib. O, ABŞ-nin Qara dənizdə atəşkəs də daxil olmaqla Rusiya və Ukrayna ilə birlikdə işlədiyini bildirib.

Onun sözlərinə görə, bundan sonra tərəflər gələcək məsələləri müzakirə etməyə başlaya biləcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: