Avropa İttifaqı (Aİ) Fransanın “Eutelsat” telekommunikasiya şirkəti və Lüksemburqun SES peyk rabitə operatorundan Ukraynaya ABŞ-nin “Starlink” sisteminə alternativ olaraq xidmətlər siyahısı təqdim etməyi təklif edib.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın “Hispasat” peyk rabitə operatorunun icraçı direktoru Migel Anxel Panduro bildirib.
"Hazırda “Starlink”in əvəzedicisi yoxdur. Lakin bu imkanların olmamasını yumşaltmağa kömək edə biləcək alternativlər mümkündür", - o qeyd edib.
Hazırda “Starlink”in Ukraynada 40 min, “Eutelsat”ın təxminən 2 min terminalı var, daha 4 min terminal isə istismara hazırdır.