Türkiyənin xizək kurortunda yanğın olub, Qış Olimpiya Oyunlarının iştirakçısı ölüb

A- A A+

Türkiyənin Uludağ xizək kurortunda yanğın baş verib, iki nəfər ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yanğın zamanı binada 12 nəfər olub.

Məlumata görə, yanğın zamanı həlak olanlardan biri 24-cü Pekin Qış Olimpiya Oyunlarında Türkiyəni təmsil edən xizəkçi Berkin Ustadır. 

Qeyd edək ki, hotel fəaliyyət göstərmirdi. Belə ki, yanvar ayında hoteldə aparılan yoxlamalar zamanı onun fəaliyyətində bir sıra nöqsanlar aşkar edilmiş və yeni lisenziya verilməmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: