Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda yerləşən hoteldə 78 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədar daha altı nəfər həbs edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Hazırda davam edən istintaq çərçivəsində 20 şübhəli şəxs saxlanılıb.
Xatırladaq ki, hadisə yanvarın 21-i gecə saatlarında baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub. Yanğın nəticəsində 50-yə yaxın şəxs xəsarət alıb.