“Rutube” qumar oyunlarının reklamına görə Türkiyədə bloklanıb

A- A A+

Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumu (BTK) ölkədə Rusiya videohostinqi “Rutube”un bloklandığını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, “Rutube” saytı Türkiyədə açılmır. Saytı açmağa cəhd edərkən bloklanma haqqında məlumat meydana çıxır.

Qeyd edilib ki, "Rutube.ru” saytına giriş BTK-nın 2025-ci il 25 fevral tarixli qərarı ilə bloklanıb.

Bundan əlavə, sayt əvəzinə istifadəçilərə "qeyri-qanuni qumar oyunlarının terrorizmin maliyyələşdirilməsi üçün istifadə edilə biləcəyi" xəbərdarlığı ilə Türkiyə cinayət məcəlləsindən çıxarışlar göstərilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: