Suriyanın yeni hökumətində iqtisadiyyat naziri Nidal əş-Şaar dünya birliyini respublikanın bərpasına kömək etməyə çağırıb.
NUHÇIXAN xəbər verir ki, nazirin çıxışını “Al Hadath” telekanalı yayımlayıb.
Əş-Şaarın fikrincə, hazırda ölkə hakimiyyətinin iqtisadiyyatı daha möhkəm təməl üzərində bərpa etmək imkanı var. Onlar istehsalın gücləndirilməsinə, kiçik və orta müəssisələrin dəstəklənməsinə və xarici investisiyaların cəlb edilməsinə diqqət yetirmək niyyətindədirlər.
“Biz beynəlxalq birliyi əvvəlki rejim tərəfindən dağıdılmış şeylərin bərpası prosesinə töhfə verməyə çağırırıq”, – nazir bildirib.
O əlavə edib ki, hakimiyyət respublikada yeni iş yerləri yaradacaq və yatırım mühitini daha təhlükəsiz və cəlbedici etmək üçün şəffaflığı artıracaq.