Ərdoğan: Terrorçular Türkiyənin çağırışına heç bir “amma”sız əməl etməlidirlər

A- A A+

Terrorçular Türkiyənin çağırışına heç bir “amma”sız əməl etməlidirlər.

NUHÇIXAN NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə təbrikində deyib.

O bildirib ki, rəsmi Ankara “terrorsuz Türkiyə” hədəfi istiqamətində işlərini davam etdirir: “Dövlətimiz çağırış edərək öhdəsinə düşəni yerinə yetirib. İndi növbə qarşı tərəfindir. Onlar bu çağırışa şərtsiz əməl etməlidir. Bu mövzuda qeyri-məhdud vaxta və sonsuz səbirə malik deyilik”.

Ərdoğan qeyd edib ki, terrorçular vaxt itirmədən silahı yerə qoymalıdırlar: “Regional və qlobal siyasət, həmçinin daxildə cərəyan edən hadisələr bizə bu prosesi uğurla baş vurmaq üçün heç vaxt olmadığı qədər əlverişli şərait yaradır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: