Martın 30-da İsrailin hava hücumları nəticəsində Qəzza zolağının müxtəlif bölgələrində azı 64 nəfər həlak olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.
Xüsusilə Cəbəliyyə, Deyr əl-Bələh, Qəzza, Xan-Yunis şəhərləri və onlara bitişik yaşayış məntəqələri bombardmana məruz qalıb. Qəzza Səhiyyə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.
Fələstinin “HƏMAS” hərəkatı ölənlər arasında uşaqların da olduğunu iddia edib.