Malayziyanın “Petronas” dövlət enerji şirkətinin istismarında olan qaz kəmərində baş verən yanğın nəticəsində ölkənin paytaxtı Kuala Lumpur ətrafında 33 nəfər xəsarət alıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Onlardan altısı xəstəxanaya yerləşdirilib.
Yanğın təxminən 500 metr uzunluğunda boru kəmərində qaz sızması səbəbindən baş verib.
Yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.