Gürcüstan parlamenti “Xarici agentlər haqqında" qanunu təsdiqləyib

A- A A+

Gürcüstan parlamenti “Xarici agentlər haqqında" qanunu üçüncü və sonuncu oxunuşda qəbul edib.

NUHÇIXAN-ın məlumatına görə, qanunun lehinə 86 deputat səs verib.

Sənəd prezident tərəfindən imzalandıqdan və ölkənin qanunverici orqanının rəsmi saytında dərc edildikdən sonra qüvvəyə minəcək.

Sənəd ABŞ-nin FARA (Xarici Agentlərin Qeydiyyatı Aktı) modelinə əsaslanır.

Xatırladaq ki, sənəd Gürcüstanda böyük ictimai etirazlara səbəb olub. Müxalifət və vətəndaş cəmiyyəti qanunun söz və media azadlığını məhdudlaşdıracağını iddia edir. Hakimiyyət isə bildirir ki, sənəd şəffaflığın artırılmasına və xaricdən maliyyələşən təşkilatların hesabatlılığının təmin olunmasına xidmət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: