Malayziyanın “Petronas” dövlət enerji şirkətinin istismarında olan qaz kəmərində baş verən yanğın nəticəsində 145 nəfər xəstəxanaya yerləşdirilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Bernama” dövlət agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Onlardan 41 nəfəri xəstəxanadan buraxılıb.
“Reuters” agentliyinin məlumatına görə, yanğın günorta saatlarına qədər söndürülüb. Ümumilikdə yanğın nəticəsində 305 nəfər, o cümlədən evlərinə ziyan dəymiş 190 nəfər xəsarət alıb.