Paşinyan: Ermənistan sülh gündəliyinə sadiqdir

A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyan Monteneqro baş nazirinin xarici və Avropa məsələləri üzrə müavini Filip İvanoviçi qəbul edib.

NUHÇIXAN xəbər verir ki, onlar regional əhəmiyyətli məsələləri müzakirə ediblər.

Xüsusilə, Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilə layihəsinin razılaşdırılması barədə danışılıb. Paşinyan Ermənistan hökumətinin sülh gündəliyinə sadiqliyini vurğulayıb.

Öz növbəsində, F. İvanoviç Monteneqronun regionda sülh və sabitliyin təmin edilməsi səylərinə dəstəyini ifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: