Türkiyə yerli Regional Mövqe və Zamanlama Sistemini quracaq

A- A A+

Türkiyə strateji infrastrukturlarda xarici asılılığını azaltmaq və kosmosda mövcudluğunu gücləndirmək üçün Regional Mövqe və Zamanlama Sistemi quracaq. Bununla yanaşı, ölkə beynəlxalq səviyyədə tanınan və istifadə edilən yerli xəritə, eləcə də naviqasiya tətbiqini də inkişaf etdirəcək.

NUHÇIXAN xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin “2030 Strategiyası”na görə, sənayedə avtomatlaşdırmanın yayılması ilə buna bağlı cihaz və sistemlərin sayının artması kibertəhlükə risklərini də özü ilə gətirir.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, bu kontekstdə kibertəhlükəsizlik proqramlarının sənaye sektorunda yayılması avtomatlaşdırma sistemlərini mümkün hücumlardan qorumaq və həssas məlumatların təhlükəsizliyini təmin etmək üçün vacibdir. Yerli texnologiyalarla hazırlanacaq bu kibertəhlükəsizlik həllərinin ölkənin rəqəmsal infrastrukturunun təhlükəsizliyini artırması ilə yanaşı, Türkiyəni rəqəmsal transformasiya prosesində güclü aktora çevrilməsi də gözlənilir.

GPS kimi qlobal sistemlərə alternativ olaraq Türkiyəni öz peykləri vasitəsilə dəqiq yer, naviqasiya və zaman məlumatları ilə təmin edəcək bu sistem, hərbi əməliyyatların təhlükəsizliyindən mülki rabitə şəbəkələrinin fasiləsizliyinə, intellektual nəqliyyat sistemlərindən dəqiq kənd təsərrüfatı tətbiqlərinə qədər bir çox sahədə mühüm funksiyaları yerinə yetirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: