Makron: HƏMAS Qəzza zolağının idarə edilməsində iştirak etməməlidir

A- A A+

Fransa prezidenti Emmanuel Makron Fələstinin HƏMAS hərəkatının Qəzza zolağının idarə edilməsində iştirakına qarşı çıxıb.

NUHÇIXAN-ın məlumatına görə, o bunu Misir Prezidenti Əbdül Fəttah əs-Sisi ilə birgə mətbuat konfransında bildirib.

"Mən Ərəb Dövlətləri Liqası tərəfindən 4 martda təsdiqlənmiş Qəzzanın yenidən qurulması planına tam dəstəyimi bir daha ifadə edirəm. Mən Misirin bu plan üzərində apardığı əsas işi alqışlayıram, bu plan Qəzzanın yenidən qurulması üçün realist bir yol təqdim edir və həmçinin Fələstin administrasiyasının rəhbərliyi altında anklavda yeni Fələstin idarəçiliyinə yol açmalıdır. HƏMAS bu idarəçilikdə heç bir şəkildə iştirak etməməli, artıq İsrailə təhlükə yaratmamalıdır", - deyə E.Makron bildirib.

O qeyd edib ki, bu, regionda sabitlik və təhlükəsizliyi təmin edə biləcək yeganə siyasi cavabdır.

Onun sözlərinə görə, Misir və Fransa İsrailin Qəzza zolağına zərbələrini yenidən başlamasını pisləyir, dərhal atəşkəsin elan edilməsini və HƏMAS tərəfindən saxlanılan bütün girovların azad edilməsini tələb edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: