Türkiyə İran sərhədinin yaxınlığında neft yataqlarının kəşfiyyatına başlayıb

A- A A+

Bir neçə il əvvəl ölkənin ən böyük neft yatağının kəşf edildiyi Türkiyənin cənub-şərqindəki Şırnak vilayətindəki Qabar dağı bölgəsindən sonra İranla həmsərhəd olan şərq Van vilayətində də “qara qızıl”ın kəşfiyyatına başlanılıb.

NUHÇIXAN xəbər verir ki, TPAO dövlət neft şirkətinin səyləri ilə Van vilayətinin Muradiye rayonunda artıq 1,5 kilometr dərinlikdə qazma işlərinə başlanılıb, 200 tonluq qazma qurğusu quraşdırılıb.

Qazma işlərinin birinci mərhələsi dəniz səviyyəsindən 2,3 min metr yüksəklikdə yerləşən Beşparmaq ərazisində aparılır.

Layihə Türkiyə hökumətinin Şərqi və Cənub-Şərqi Anadolunun yeraltı sərvətlərinin kəşfiyyatı üzrə strateji təşəbbüsünün bir hissəsidir.

Bu arada, Türkiyənin Energetika Nazirliyi bu ilin sonuna qədər Şırnakda neft hasilatını gündəlik 100 min barelə çatdırmağı planlaşdırdığını açıqlayıb. Hazırda Qabar dağı ərazisində gündəlik 82 min barel neft hasil edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: