Kolizeyə toplu şəkildə alınan biletlərə görə tur-operatorlar 20 milyon avroyadək cərimələnib

A- A A+

İtaliyanın antiinhisar orqanı paytaxt Romanın simvolu sayılan və əsas turistik yerlərindən biri olan Kolizeyi ziyarət etmək üçün toplu şəkildə alınan biletlərə görə tur-operatorları ümumilikdə 20 milyon avroyadək cərimələyib.

NUHÇIXAN xəbər verir ki, cərimələr Kolizey Arxeoloji Parkında 1997-ci ildən 2024-cü ilədək rəsmi bilet satışı xidmətini həyata keçirən 6 tur-operatora şamil olunub.

Məlumata görə, cərimələrin tətbiq olunmasına səbəb botlar və digər avtomatlaşdırılmış alətlər vasitəsilə yığılma nəticəsində əraziyə daxil olmaq üçün biletlərin uzun müddət əlçatan olmamasıdır. Təhqiqat 2023-cü ilin iyulunda Kolizey Arxeoloji Parkına giriş üçün onlayn biletlərin alınmasının əhəmiyyətli dərəcədə qeyri-mümkünlüyünü göstərən müxtəlif məlumatlar toplandıqdan sonra başladılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: