Ərdoğanı təhqir etdiyinə görə CHP sədrinə qarşı yarım milyon lirəlik iddia qaldırılıb

A- A A+

Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə məhkəməyə verilib.

NUHÇIXAN "TRT Haber"ə istiandən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın məlumat verib.

Onun sözlərirnə görə, CHP sədri Özgür Özəl barəsində 500 min lirəlik iddia qaldırılıb:

"Özgür Özəlin CHP-nin növbədənkənar qurultayında prezidentimiz barəsində əsassız ittihamlar irəli sürdüyünə və təhqiramiz ifadələr səsləndirdiyinə görə məhkəməyə müraciət edilib və yarım milyon lirə təzminat ödənilməsi istənilib".

H.Aydın həmçinin bildirib ki, Ankara Baş Prokurorluğunda məsələ ilə bağlı cinayət işi açılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: