Duma Rusiya və İran arasında strateji tərəfdaşlıq haqqında müqaviləni ratifikasiya edib

A- A A+

Dövlət Duması Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləni ratifikasiya edib.

Bu barədə NUHÇIXAN

 Rusiya KİV-lərinə istinadən xəbər verir.

Dövlət Dumasına sənədi mart ayında Rusiya Prezidenti Vladimir Putin təqdim edib. Müqavilə İran Prezidenti Məsud Pezeşkianın yanvarda Moskvaya səfəri zamanı imzalanıb. Sənəddə Moskva və Tehran arasında əməkdaşlığın uzunmüddətli perspektivdə inkişafı üçün hüquqi çərçivələr müəyyən edilib.

Müqavilə Rusiya və İranın strateji tərəfdaş statusunu təsbit edir və müdafiə, terrorizmə qarşı mübarizə, energetika, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: