Yaponiyanın “Hayabusa-2” kosmik zondu Ryuqu asteroidinə enib

A- A A+

Fevralın 22-də Yaponiyanın “Hayabusa-2” kosmik zondu uğurla Ryuqu asteroidinin səthinə enib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Yaponiyanın Kosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) məlumat yayıb. Bildirilir ki, kosmik zond asteroidin səthinə Yaponiya vaxtı ilə səhər saat 7:45 dəqiqədə enib. Qeyd edilir ki, aşağı hissəsində təqribən bir metr uzunluqda xüsusi qurğuya malik olan “Hayabusa-2” zondu asteroidin üzərindən nümunələr götürəcək. Həmin qurğu zond tərəfindən atəş açılan zaman uçan daş parçalarını tutmaq üçün layihələndirilib.

JAXA-nın məlumatına görə, zonddan daxil olan informasiyalar atəşin planauyğun şəkildə aparıldığını təsdiq edir.

“Hayabusa-2” kosmik zondunun əməliyyat qurtardıqdan sonra 20 min metr yüksəkliyə qalxacağı və asteroidlə növbəti əlaqəyə hazırlaşacağı bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: