Vaşinqton Rusiya və ABŞ nümayəndə heyətləri arasında İstanbulda görüşün keçiriləcəyini təsdiqləyib

A- A A+

Dövlət Departamenti Rusiya və ABŞ nümayəndə heyətləri arasında aprelin 10-da İstanbulda görüşün keçiriləcəyini təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Temmi Bryus brifinqdə bildirib.

Onun sözlərinə görə, tərəflər səfirliklərin işinin bərpası və ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, İstanbulda keçiriləcək danışıqlarda Rusiya və ABŞ nümayəndə heyətlərinə Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter başçılıq edəcək. Rusiya Xarici İşlər Nazirliyi məsləhətləşmələrin dəqiq nə vaxt keçiriləcəyini açıqlamayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: