Fransa hökuməti 2025-ci il üçün iqtisadi artım proqnozunu pisləşdirib və ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinin mümkün nəticələrini qeyd edib.
NUHÇIXAN “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Fransanın maliyyə naziri Erik Lombar “TF1” telekanalına müsahibəsində bildirib.
"Biz qeyri-müəyyənliyi nəzərə alaraq artım proqnozunu 0,7 %-ə qədər azaltmağa qərar verdik", - nazir qeyd edib.
İlkin proqnoza əsasən, bu il Fransada ÜDM-in 0,9 % artacağı nəzərdə tutulmuşdu.
E.Lombar əlavə edib ki, hökumət ABŞ ilə danışıqların gedişindən asılı olaraq ÜDM-in artım proqnozunu artıra və ya azalda bilər.