Fələstinin HƏMAS hərəkatının nümayəndələrinin Qəzza zolağında atəşkəslə bağlı məsləhətləşmələri davam etdirmək məqsədilə aprelin 12-də Misirə gələcəyi gözlənilir.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
HƏMAS-ın nümayəndə heyətinə hərəkatın Qəzzadakı lideri Xəlil əl-Həyya rəhbərlik edəcək. Planlaşdırılan məsləhətləşmələr barədə əlavə məlumat verilmir.
HƏMAS və Misir tərəfi “Al Hadath”ın məlumatını hələlik şərh etməyib.