Rusiya HHM vasitələri ölkənin beş regionu üzərində Ukraynaya məxsus 36 PUA vurub.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“11 aprel saat 20:00 Moskva vaxtı ilə (Bakı vaxtı ilə 21:00) 12 aprel saat 06:30-a qədər olan müddətdə növbətçi HHM vasitələri tərəfindən təyyarə tipli 36 Ukrayna pilotsuz uçuş aparatı məhv edilib”, - nazirlikdən bildirilib.
Əlavə olunub ki, 18 PUA Kursk, 13 PUA Rostov, 2 PUA Orlov və Belqorod vilayətləri, 1 PUA isə Krasnodar diyarı ərazisi üzərində zərərsizləşdirilib.