ABŞ-nin Nyu York ştatında göyərtəsində 6 nəfərin olduğu yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı bir nəfər ölüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, “Mitsubishi MU-2B” təyyarəsi Nyu-York ştatının paytaxtından təxminən 80 km cənubda yerləşən Kopeyk şəhəri yaxınlığındakı tarlada qəzaya uğrayıb.
Hadisənin səbəbi və ya hava gəmisində olan digər şəxslərin sağlamlıq durumu barədə hələ məlumat yoxdur. Yerli hakimiyyət orqanları bildiriblər ki, qəzanın baş verdiyi ərazidəki sulu torpaq təyyarəyə girişi çətinləşdirib.
Bu, bu həftə ştatda baş verən ikinci aviasiya qəzasıdır: cümə günü Nyu-Yorkda turist helikopteri Hudzon çayına düşüb. Təyyarədəki altı nəfərin hamısı həlak olub.