Vaşinqtonla Tehran arasında danışıqlar uğurla gedir.
NUHÇIXAN-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp təyyarəsində Ağ Evin jurnalistləri ilə söhbətində deyib.
"Onlar (danışıqlar - red.) yaxşı gedir. Amma məqsədə çatana qədər bu heç nə demək deyil", - Amerika lideri deyib. Tramp İranla bağlı vəziyyətin kifayət qədər yaxşı inkişaf etdiyini qeyd edib.