Əlcəzair hökuməti 12 fransız diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti Fransanın xarici işlər naziri Jan-Noel Barroya istinadən yazıb.
"Əlcəzair 12 əməkdaşımızdan 48 saat ərzində ölkə ərazisini tərk etməyi xahiş edib", - nazir bildirib.
Söhbət Fransanın Daxili İşlər Nazirliyi ilə əlaqəli inzibati və diplomatik işçilərdən gedir. Əlcəzair bu addımı Fransa ərazisində qanun pozuntusunda şübhəli bilinən üç Əlcəzair vətəndaşının saxlanılmasına cavab olaraq atır. Həmin şəxslər aprelin 11-də saxlanılıblar.
J.Barro Əlcəzairin bu addımının cavabsız qalmayacağını bildirib.