Tramp İranla bağlı çox tez qərar veriləcəyinə ümid bəsləyir

A- A A+

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında İranın nüvə problemi ilə bağlı məsləhətləşmələr fonunda problemin tezliklə həllinə ümid edir.

NUHÇIXAN xəbər verir ki, Donald Tramp jurnalistlər üçün təşkil olunan brifinqdə İranın nüvə proqramı ilə əlaqədar çox sayda görüş keçirdiyini və məsələ ilə bağlı çox tez qərar verəcəyini deyib.

Bir müddət öncə, “Axios” portalı öz mənbələrinə istinadla ABŞ ilə İran arasında danışıqların ikinci raundunun aprelin 19-da Romada baş tutacağı ilə bağlı məlumat yayıb.

Portalın həmsöhbətlərinin məlumatına görə, Donald Tramp administrasiyası Omandakı danışıqların birinci raundundan razı qalıb və danışıqların konstruktiv şəkildə keçdiyini vurğulayıb. ABŞ hazırda vasitəçilər əsasında aparılan danışıqlar formatını birbaşa danışıqlara dəyişmək istəyir.

İranın xarici işlər naziri Abbas Əraqçi şənbə günü keçirilən məsləhətləşmələrin konstruktiv alındığını və danışıqların ikinci raundda “potensial sazişin ümumi çərçivəsinin” müzakirə ediləcəyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: