Qırğızıstan Rusiyaya miqrantların kütləvi saxlanılması ilə bağlı nota təqdim edib

A- A A+

Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfiri Sergey Vakunova miqrantların kütləvi saxlanılması və güc tədbirlərinin tətbiqi ilə əlaqədar nota təqdim edib.

NUHÇIXAN yerli KİV-lərə istinadən xəbər verir ki, aprelin 14-də Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev ilə Sergey Vakunov arasında görüş olub.

Görüş Moskvanın "Bodrost" hamam kompleksində aprelin 11-də qırğızların kütləvi saxlanılması ilə bağlı keçirilib.

"Rusiya tərəfinə hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əməliyyatın əsasları, həmçinin vətəndaşlara qarşı güc tədbirlərinin tətbiqi barədə məlumat vermək xahişi ilə rəsmi nota təqdim edilib. Güc tətbiqinin əsassız olduğu təqdirdə, bu hadisə ilə bağlı Moskva hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı müvafiq tədbirlər görülməsi tələb olunub”, - Xarici İşlər Nazirliyindən bildirilib.

Əməliyyatdan sonra Qırğızıstanın 24 vətəndaşı saxlanılıb, onlardan dördü Rusiyadan deportasiya ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: