Tailandın paytaxtı Banqkokda tikilməkdə olan Baş Auditor İdarəsinin binasının zəlzələ zamanı uçması nəticəsində ölənlərin sayı 41-ə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 53 nəfər hələ də itkin sayılır. Onların hamısı obyektin tikintisi ilə məşğul idi.
“Məqsədimiz bu ayın sonuna qədər binanın dağıntılarını tam təmizləməkdir”, - Banqkok meri Çatçat Sittiphan deyib.
Daha əvvək bu obyektin tikintisində ölən işçilərin sayının 22 nəfər olduğu qeyd edilirdi.