ABŞ Suriyada ən böyük "Koniko" qaz yatağının yaxınlığında yerləşən hərbi bazasından qüvvələrini çıxarmağa başlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Al-Araby Al-Jadeed” qəzeti yazır.
"ABŞ ordusu bir neçə gün əvvəl Deyr əz-Zor vilayətindəki "Koniko" yatağındakı bazadan öz qüvvələrinin çıxarılması üzrə əməliyyata başlayıb. Son vaxtlar hərbi bazadan qüvvələrin tam çıxarılması planı çərçivəsində iki karvan bazanı tərk edib", - məlumatda bildirilib.
CBS bu yaxınlarda xəbər vermişdi ki, Vaşinqton Suriyada hərbi mövcudluğunu azaltmağı və buna 2 min nəfərlik heyətin bir hissəsini çıxarmaqla nail olmağı planlaşdırır.