İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 17-də Rusiyaya rəsmi səfər edəcək.
NUHÇIXAN TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali “X” sosial şəbəkəsində yazıb.
"İran və Rusiya arasında yüksək səviyyəli əlaqələrin davamı olaraq doktor Əraqçi bu ölkənin yüksək vəzifəli şəxsləri ilə məsləhətləşmələr aparmaq üçün sabah Moskvaya səfər edəcək", - o bildirib.