İndoneziyada dünyanın ən böyük arısı tapılıb

A- A A+

İndoneziyanın çox az öyrənilən adalarından birində nəhəng Uolles (Megachile pluto) arısı tapılıb. Həmin arının nəslinin 38 il əvvəl məhv olduğu güman edilirdi.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Tapılan arının adi Avropa arısından dörd dəfə böyük olduğu bildirilir.

Qeyd edilir ki, bioloqlar qrupu yeganə sağ qalmış dişi arını termitlərin yaşadığı yuvada, yerdən iki metr hündürlükdə aşkar ediblər.

Böyük insanın barmağı boyda olan bu nəhəng Uolles arısı avropalı həmcinslərindən fərqli olaraq tək yaşamağa üstünlük verir.

Britaniyalı naturalist və tədqiqatçı Alfred Rassel Uollesin şərəfinə adlandırılan bu həşərat ilk dəfə 1858-ci ildə fotoqraf Kley Bolt tərəfindən aşkar edilib. Həmin vaxt K.Bolt onu “maral böcəyini xatırladan çənəyə malik böyük, qara arıyabənzər həşərat” kimi təsvir edib. Həmin arı növü son dəfə 1981-ci ildə İndoneziyada amerikalı entomoloq Adam Messer tərəfindən qeydə alınıb.

Uolles arısının həyat tərzi barədə onun tək və suyadavamlı qatranla örtülü termit yuvalarında yaşamasından əlavə demək olar ki, heç nə məlum deyil.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: