İran Prezidenti Masud Pezeşkian Tehran və Vaşinqton arasında birbaşa olmayan danışıqların normal keçdiyini bildirib.
NUHÇIXAN xəbər verir ki, bu barədə prezident hökumətin iclasında danışıb.
Onun sözlərinə görə, danışıqlar prosesi normal, ardıcıl rejimdə keçir və danışıqların gedişi ölkənin cari işlərinə mane olmur: “Razılaşma əldə olunarsa, təbii ki biz bunu alqışlayarıq”.
M.Pezeşkian İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneiyə məsləhətləri və qeydləri üçün təşəkkür edib.
Qeyd edək ki, ABŞ və İran nümayəndələri arasında aprelin 12-də Omanın paytaxtı Maskatda Tehranın nüvə proqramı üzrə danışıqlar keçirilib. Növbəti görüşün həmin ölkədə aprelin 19-da keçirilməsi planlaşdırılıb.