XİN başçısı: Aİ Ermənistana 20 milyon avro ayrılmasını nəzərdən keçirir

A- A A+

Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondundan Ermənistana təqribən 20 milyon avro məbləğində vəsaitin ayrılmasını müzakirə edir.

NUHÇIXAN Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan İrəvanda sloveniyalı həmkarı Tani Fayonla birgə mətbuat konfransında bildirib.

"Keçən il bu məbləğ 10 milyon avro idi, bu il isə bir qədər, yəni iki dəfə çoxdur", - o qeyd edib.

T.Fayon Ermənistan silahlı qüvvələrinə vəsaitin ayrılması təklifini dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, bunun üçün yekdil qərar qəbul edilməlidir.

Ötən ilin iyulunda Aİ Avropa Sülh Fondundan Ermənistana çadır düşərgəsi üçün 10 milyon avro məbləğində yardım ayırmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: