Fransada xüsusi təyinatlılar tətilə başlayıb

A- A A+

Fransa polisinin elit bölməsi, BRI xüsusi təyinatlı dəstələri tətilə başlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “TF1” telekanalı məlumat yayıb.

Ölkə boyu təxminən 400 xüsusi təyinatlı tətilə qoşularaq iş vaxtından artıq işləməkdən imtina ediblər.

“Alliance police nationale” polis işçilərinin həmkarlar ittifaqının yaydığı bəyanatda onların işinin mürəkkəbliyinin və təhlükəli xarakterli olmasının tanınması və əlavə iş saatları üçün mükafatların artırılması tələbi irəli sürülüb.

BRI-nin regional əməkdaşlarına 400 avro mükafat təklif edilib, lakin onlar bu məbləğin 650 avroya qədər artırılmasını tələb edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: