Vətəndaşlığı olmayan şəxslər Rusiya ordusunda xidmət edə biləcək

A- A A+

Rusiya hökuməti Dövlət Dumasına təqdim etdiyi yeni qanun layihəsinə əsasən vətəndaşlığı olmayan şəxslərə orduda və hərbi birləşmələrdə hərbi xidmət üçün müqavilə bağlamaq hüququ veriləcək.

NUHÇIXAN xəbər verir ki, təşəbbüs özündə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavələr, habelə altı əlaqəli federal qanuna müvafiq düzəlişləri ehtiva edir.

Yeni düzəlişlərə görə, Rusiya ordusunda ruslarla yanaşı, xarici vətəndaşlar da xidmət edə bilər. Vətəndaşlığı olmayan şəxslər Rusiya vətəndaşlığına malik olmayan və başqa ölkənin vətəndaşlığına dair sübutları olmayan şəxslərdir.

Qanun qəbul olunarsa, dərc edildiyi gündən qüvvəyə minəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: