Konqoda yanan gəmi batıb, 148 nəfər ölüb

A- A A+

Konqonun şimal-qərbində yanan gəminin batması nəticəsində 148 nəfər ölüb, 100-dən çox adam itkin düşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd olunub ki, hadisə aprelin 16-da baş verib. Belə ki, göyərtəsində təxminən 500 nəfərin olduğu taxta “HB Kongolo” gəmisi Matankum limanından çıxaraq Konqo çayı ilə Bolomba şəhərinə doğru üzürmüş.

Sərnişinlər üçün yemək hazırlanan mətbəxdə başlayan yanğın qısa müddətdə gəmini bürüyüb və məhz buna görə sağ qalanların çoxu ağır yanıq xəsarətləri alıb.

Konqo səlahiyyətliləri Qırmızı Xaçla birlikdə itkin düşənlərin axtarışını davam etdirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: