Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb

A- A A+

Həştərxanda fərdi evdə baş vermiş yanğın nəticəsində beş uşaq ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Həştərxan vilayəti üzrə İstintaq İdarəsi teleqramda məlumat yayıb.

Fərdi evdə yanğın bazar günü yerli vaxtla (Bakı vaxtı ilə eynidir) gecə saat ikidə Həştərxanın Kirov rayonunda Olxovskaya küçəsində baş verib.

“Rusiya İstintaq Komitəsinin Həştərxan vilayəti üzrə İstintaq İdarəsinin Həştərxan şəhəri Kirov rayonu üzrə İstintaq şöbəsi tərəfindən yanğında dörd uşağın ölümü faktı ilə bağlı prosessual yoxlama aparılır”, – məlumatda deyilir.

Daha sonra qurumdan əlavə ediblər ki, yanğınsöndürənlər hadisə yerində beşinci uşağın meyitini aşkar ediblər.

Ölənlər uşaqların anası evdə olmayıb, hazırda cinayət işinin açılması məsələsi həll olunur, baş verənlərin bütün təfərrüatları araşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: