İran Prezidenti ölkəsinin maraqları nəzərə alınacağı təqdirdə ABŞ ilə razılaşmaya hazır olduğunu bildirib

A- A A+

İran milli maraqları nəzərə alınacağı təqdirdə nüvə proqramı məsələsində ABŞ ilə razılaşmağa hazırdır.

NUHÇIXAN-ın İran prezidentinin dəftərxanasına istinadən verdiyi məlumata görə, bunu İran lideri Məsud Pezeşkian ölkə regionlarının qubernatorları ilə görüşündə deyib.

“ABŞ ilə danışıqlara gəlincə, müəyyən çərçivələr daxilində və milli maraqlara uyğun olaraq, razılaşmaya hazırıq", – o deyib.

O əlavə edib ki, Vaşinqton bərabər şərtlərlə sazişi qəbul etməkdən imtina edərsə, Tehran öz yolu ilə gedəcək.

Xatırladaq ki, aprelin 12-də ABŞ və İran arasında sanksiyaların ləğvi və nüvə məsələlərinə dair danışıqların birinci raundu başa çatıb. Tərəfləri ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi, vasitəçi qismində isə Omanın xarici işlər naziri Bədr bin Həməd Əl Busaidi təmsil edib.

Aprelin 19-da Romada danışıqların ikinci mərhələsi baş tutub. İran nümayəndə heyətinə Əraqçı, ABŞ-yə Uitkoff rəhbərlik edib. Tramp daha sonra bildirib ki, görüş zamanı iki tərəf çox yaxşı irəliləyiş əldə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: