Banqkokda zəlzələ zamanı binanın çökməsi nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb

A- A A+

Banqkokda zəlzələ zamanı Baş Auditor İdarəsinin tikintisi davam edən binasının çökməsi nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Tailand paytaxtının administrasiyası məlumat yayıb.

Xilasetmə xidmətləri axtarış əməliyyatını davam etdirir, çünki itkin düşmüş hesab edilən 43 nəfərin 30 mərtəbəli binanın dağıntıları altında qaldığı ehtimal edilir.

Xatırladaq ki, martın 28-də Myanma ərazisində güclü zəlzələ baş verib. Tailand Meteorologiya Departamentinin məlumatına görə, onun maqnitudası 8,2 təşkil edib. Zəlzələ qurbanlarının sayı 2,7 min nəfəri ötüb.

Zəlzələdən Tailand da zərər çəkib. Banqkok hakimiyyəti şəhərdə vəziyyətin normallaşması ilə əlaqədar çərşənbə axşamı fövqəladə vəziyyət rejimini ləğv edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: