Ərdoğan: Türkiyə və Pakistan terrorla mübarizədə ciddi iradə ortaya qoyub

A- A A+

Türkiyə və Pakistan terrorla mübarizədə ciddi iradə ortaya qoyub.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan, həmçinin söyləyib ki, iki dövlət hərbi və müdafiə sahəsindəki əlaqələrini daha da gücləndirəcək, ortaq layihələr ortaya qoyacaq: “Türkiyə ilə Pakistan arasındakı əməkdaşlıq, şübhəsiz ki, bölgələrimizdə sülh və sabitliyə mühüm töhfə verir. Demək olar, bütün məsələlərdə Pakistanla tam koordinasiyalı hərəkət edirik”.

O, baş vermiş terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib: “Terrorun bütün formaları ilə mübarizədə Pakistana dəstəyimiz davam edəcək”.

Qeyd edək ki, Ş.Şərif Türkiyədə səfərdədir. O, daha əvvəl R.T.Ərdoğanla təkbətək görüşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: